2 mart 2023-cü ildə Bakıda Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zirvə görüşündəki Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi dövründəki fəaliyyəti haqqında çıxışı üzv dövlətlərin nümayəndələri və dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Üç illik fəaliyyəti nəzərə alınaraq sədrlik müddətinin bir il də üzadılması Azərbaycana olan yüksək etimadın göstəricisidir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başlayanda dünyanı koronovirus pandemiyası bürümüşdür. Belə bir dövrdə beynəlxalq təşkilata rəhbərlik etmək, əlbəttə ki, böyük məsuliyyət tələb edirdi. Bütün bunlara baxmayaraq sədrliyi dövründəki fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdə ədaləti və beynəlxalq hüququ dəstəkləyən aparıcı dövlət olduğunu göstərdi. Post-pandemiya dövründə COVİD-19-a qarşı birgə mübarizə aparmaq təklifi beynəlxalq səviyyədə ilk olaraq məhz Qoşulmama Hərəkatından gəldi. BMT səviyyəsində pandemiyaya qarşı mübarizə ilə bağlı xüsusi sessiyanın çağırılmasını cənab prezident İlham Əliyev təklif etdi. Sessiyanın çağırılması və Qoşulmama Hərəkatının koronovirusla mübarizədə liderliyinin qəbul edilməsi Azərbaycanın növbəti uğuru idi. Məhz həmin təkliflərdən sonra peyvəndlərin dövlətlər arasında bərabər şəkildə paylanması haqqında qərar qəbul edildi. Pandemiya ilə mübarizədə əməkdaşlıq, onun nəzarət altında saxlanması, dövlətlərə dəstək verilməsi Qoşulmama Hərəkatının nüfuzunun artmasına səbəb oldu. Dünyada hökm sürən iqtisadi böhran, Ermənistanla müharibə şəraiti, heç bir dövlət və təşkilatın yardım etmədiyi, doğma torpaqlarımızın Ermənistan tərəfindən işğalı fonunda Azərbaycanın 80-ə yaxınölkəyə humanitar və maliyyə yardımı göstərməsi, 20-dən artıq ölkəyə peyvənd ianə etməsi əsl humanistlik və ədalətlilik rəmzidir. Cənab prezident İlham Əliyevin post-pandemiya dövründə olduğu kimi, Azərbaycanın Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəyini bildirməsi, iki qlobal çağırış bəyan etməsi və bu çağırış-Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək üçün ilk donor ölkə kimi 1 milyon dollar vəsait ayırması Azərbaycanın beynəlxalq arenada sülhün, əmin-amanlığın, haqq və ədalətin, humanistliyin, əməkdaşlığın tərəfdarı olduğundan xəbər verir. Yaşasın müstəqil Azərbaycan Respublikası!Zülfü Quliyev, Xocalı rayonundan məcburi köçkün